RƏSMİ XRONİKA


E.M.MƏMMƏDYAROVUN AZƏRBAYCAN RESPUBLİKASININ İTALİYA RESPUBLİKASINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ VƏZİFƏSİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2004-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin