İQTİSADİYYAT
ENERGETİKA SAHƏSİNİN MÖVCUD VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
“Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov demişdir ki, seminardan məqsəd energetika mövzusunda yazan jurnalistləri bu sahədə çalışan mütəxəssislərlə görüşdürmək, səhmdar cəmiyyətin bu günü, gələcəyi, icra olunan layihələr haqqında məlumat verməkdir.
Mərkəzi dispetçer idarəsinin rəisi Nurəli Yusifov dispetçer idarəetmə və SCADA sistemi, elektrik enerjisinin ötürülməsi idarəsinin rəisi Hacımahmud Abdullayev yarımstansiyalar və elektrik ötürücü xətlərin strukturu, iqtisadiyyat şöbəsinin rəisi Hikmət Həsənov elektroenergetika sistemi fəaliyyətinin iqtisadi xüsusiyyətləri barədə məruzələr etmişlər.
Natiqlər iştirakçıları maraqlandıran suallara cavab vermişlər.
Sonra tədbir iştirakçıları “Şimal” Dövlət Rayon Elektrik Stansiyasında olmuş, stansiyanın direktoru Vüqar Şahmuradov MDB məkanında oxşarı olmayan 400 meqavatlıq buxar-qaz qurğusu haqqında jurnalistlərə ətraflı məlumat vermiş, burada aparılan təmir işlərindən danışmışdır.