SİYASƏT
ERMƏNİLƏRƏ VƏ ONLARIN HAVADARLARINA LAYİQLİ CAVAB VERİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İz üzrə Dövlət Komitəsindən müxbirimizə bildirmişlər ki, filmdə ermənilərin Dağlıq Qarabağ uğrunda milli azadlıq hərəkatı kimi qələmə verdikləri uydurma hadisələrdən bəhs olunur, Şuşa şəhərinin guya 1918-ci ildə türklər, daha sonra isə azərbaycanlılar tərəfindən işğal edildiyi bildirilir. Qədim alban kilsələrinin təsvir olunduğu kadrlar tamaşaçılara xristian kilsələri kimi təqdim edilir və kadrarxası mətndə guya bu tarixi abidələrin azərbaycanlılar tərəfindən dağıdıldığı bildirilir. Film nümayiş etdirildikdən bir neçə saat sonra Hollandiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlılar “Niderland - 3” telekanalına öz etirazlarını bildirmişlər.
Dövlət Komitəsi bu hadisə ilə əlaqədar Hollandiyanın dövlət televiziya kanalının elektron ünvanını dünyadakı bütün Azərbaycan diaspor təşkilatlarına göndərməyi, həqiqətdən uzaq, uydurma faktlara əsaslanan bu filmə etirazlarını bildirməyi onlardan xahiş etmişdir. Telekanala ünvanlanan məktublarda soydaşlarımız təkzib verilməsini istəyərək, azərbaycanlılara da efir vaxtı ayrılmasını tələb edirlər. Onlar tələb edirlər ki, Hollandiya obyektivlik naminə demokratik dəyərlərə sadiqliyini nümayiş etdirmək istəyirsə, Azərbaycana da eyni vaxt ayırmalı, Azərbaycan filminin orada nümayiş etdirilməsinə şərait yaratmalıdır.