SİYASƏT


ERMƏNİLƏRİN DAHA BİR HİYLƏSİ BAŞ TUTMADI GÜRCÜSTANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ ERMƏNİLƏRİN YAYDIĞI XƏBƏRİ UYDURMA HESAB EDİR

Son vaxtlar respublikamızın bəzi kütləvi informasiya vasitələri Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərini pozmağa can ataraq, Rusiyanın “Novosti” agentliyinin müxbiri H.Matevosyanın məlumatına istinadla belə bir xəbər yaymışdır ki, guya “Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi üçün yaradılan infrastrukturlarda Ermənistan şirkətlərinin iştirakını bəyənir”. Bunu guya Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Tedo Caparidze bu yaxınlarda Yerevana səfəri zamanı Ermənistan Milli Məclisinin sədri Artur Baqdasaryanla görüşündə bildirmişdir. Görünür, erməni müxbir öz millətinin xəstə xislətinə sadiq qalaraq ürəyindən keçəni həqiqət kimi qələmə vermiş, ictimaiyyəti çaşdırmaq məqsədilə növbəti uydurma xəbər yaymışdır. Gürcüstanın Azərbaycandakı səfirliyi cənab Tedo Caparidzenin Yerevana səfərini şərh etmiş, ermənilərin yaydığı xəbərin uydurma olduğunu bildirmişdir. Səfirliyin AZƏRTAC-a göndərdiyi məlumatda deyilir: “Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Tedo Caparidzenin bu il iyulun 10-11-də Yerevana rəsmi səfəri olmuşdur. Ermənistan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşlər zamanı ikitərəfli münasibətlərə, regional təhlükəsizliyə, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət və əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir. Gürcüstan və Ermənistan şirkətlərinin bu ölkələrin ərazilərində fəaliyyəti ilə bağlı iqtisadi məsələlər də nəzərdən keçirilmişdir. Gürcüstan tərəfi, şəxsən Tedo Caparidze Ermənistan tərəfi ilə Gürcüstan ərazisində enerji layihələrində, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrində Ermənistan şirkətlərinin iştirakı ilə bağlı heç bir məsələ müzakirə etməmişdir və əslində gündəlikdə belə məsələ olmamışdır”. Beləliklə, Azərbaycanın bəzi kütləvi informasiya vasitələrinin bu uydurma xəbərə siyasi məna vermək cəhdlərinə baxmayaraq, ermənilərin daha bir hiyləsi baş tutmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.