DÜNYA
ERMƏNİLƏR CƏNUBİ OSETİYAYA DA GÖZ DİKMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Cənubi Osetiya bölgəsinin mərkəzi Sxinvali şəhərində ermənilərin “Ararat” cəmiyyəti təsis edilmişdir. Cəmiyyətin rəhbəri Stepan Yaralovun dediyinə görə, onların başlıca məqsədi erməni dilini populyarlaşdırmaq və mədəni əlaqələri genişləndirməkdir.
S.Yaralovun sözlərinə görə, Sxinvali şəhərinin əsasını ikinci əsrdə Ermənistan hökmdarı Arşakilər sülaləsinin nümayəndəsi çar Asfaqur qoymuşdur. İndiyədək Sxinvalidə qədim erməni küçələrinin və kilsələrinin qorunub saxlanması dediyimizə əyani sübutdur.
O, təəssüflə bildirmişdir ki, erməni və osetinlərin yeni nəsilləri bir-biri ilə erməni dilində danışa bilmirlər. Gürcüstanla Cənubi Osetiya arasında baş vermiş müharibəyə, iqtisadi və informasiya qıtlığına görə xeyli erməni Sxinvalini tərketmə məcburiyyətində qalmışdır. Məqsədimiz burada erməni icmasını dirçəltmək, erməni dilini və mədəniyyətini geniş yaymaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [23:33]
Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]