ERMƏNİLƏR MONİTORİNQ KEÇİRİLMƏSİNƏ İNKAN VERMƏYİBLƏR
AzerTAg.az
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 19-da saat 11.00-da Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təyin olunmuş vaxtda monitorinqdə Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Karel Kratki və Kennet Pikles, Tovuz və Gədəbəy rayon icra hakimiyyətlərinin məsul işçiləri iştirak edirdilər.
Ermənistan silahlı qüvvələri monitorinqin keçirilməsinə imkan verməmiş, avtomat və pulemyotlardan iştirakçıların başı üzərində atəş açmışlar.
Anjey Kaspşik dəfələrlə erməni tərəfini xəbərdar etsə də, müsbət nəticə əldə olunmamışdır. Səlahiyyətli nümayəndə insan həyatının təhlükə qarşısında qalmasından ehtiyat edərək, tədbiri dayandırmış və saat 14 radələrində görüş yerini tərk etmişdir. O, bu barədə beynəlxalq təşkilatlara xəbərdarlıq edəcəyini bildirmişdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti də bu faktı təsdiqləmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var