İQTİSADİYYAT
ERMƏNİSTANDA İNFLYASİYA TÜĞYAN EDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Ermənistanda inflyasiya proqnozlaşdırılmış 3 faiz əvəzinə, cari ilin sonunadək 8,5 faiz olmuşdur. Bunu Ermənistan Mərkəzi Bankının sədri Yerevanda mətbuat konfransında açıqlamışdır. O, inflyasiyaya çörəyin bahalaşmasının səbəb olduğunu göstərmişdir.
Bankın sədri demişdir ki, istehlak məhsulları arasında taxıl məhsullarının xüsusi çəkisi çox yüksəkdir və buna görə də onların bahalaşması inflyasiyanın səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Pul kütləsi ümumi daxili məhsula nisbətdə ötənilki 12 faizdən 12,4 faizədək artmışdır. Onun strukturunda milli valyuta kütləsi 7,3 faizədək yüksəlmişdir.