DÜNYA
ERMƏNİSTAN BORCLARINI ÖDƏMƏK ÜÇÜN RUSİYAYA BEŞ MÜƏSSİSƏ VERMİŞDİR
İTAR-TASS-ın verdiyi xəbərə görə, Ermənistan borclarını ödəmək üçün Rusiyaya beş müəssisə vermişdir. Müəssisələrin Rusiyanın mlkiyyətinə verilməsi barədə sənədlər RF hökumətinin sədri Mixail Kasyanovun bu respublikaya rəsmi səfəri zamanı imzalanmışdır. Həmin müəssisələr “Mars”, “Yerevan Elmi Tədqiqat Materialşünaslıq İnstitutu”, “Yerevan Elmi Tədqiqat Riyazi Maşınlar İnstitutu”, “Yerevan Elmi Tədqiqat Avtomatlaşdırılmış İdarəetmə Sistemləri İnstitutu”, qapalı səhmdar cəmiyyətləri, habelə Razdan İstilik Elektrik Stansiyasıdır.
M.Kasyanovun dediyinə görə, Rusiya həmin institutların və elektrik stansiyasının hansı müəssisə tərəfindən idarə olunacağını qısa müddətdə müəyyənləşdirəcəkdir. O, ümidvar olduğunu bildirmişdir ki, bu obyektlərin istehsal vasitələrindən və elmi-texniki potensialından tam həcmdə istifadə olunacaq və onlar Rusiyada mövcud olan istehsal şəbəkələrinə qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]