SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏSİ POZMAQDA DAVAM EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 23-də saat 18.20-dən 18.25-dək Qazax rayonunun Məzəmli kəndinin 0,4 kilometr cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Məzəmli kəndini, saat 19.50-dən 20.00-dək Qazax rayonunun Aşağı Əskipara kəndinin 0,5 kilometr cənubunda və işğal olunmuş Boqanis Ayrum kəndinin 0,3 kilometr cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, saat 21.30-dan 21.55-dək Tərtər rayonunun Çaylı kəndinin 0,8 kilometr cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, saat 22.10-da isə Tərtər rayonunun Qarmirovan kəndinin 4 kilometr cənub-qərbində yerləşən mövqelərindən milli ordumuzun üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.