DÜNYA


E.ŞEVARDNADZENİN QIZININ YAŞADIĞI EVİN GİRƏCƏYİNDƏ QUMBARA TAPILMIŞDIR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, dekabrın 8-də polis Tbilisinin mərkəzində, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin qızı və kürəkəninin yaşadığı çoxmərtəbəli binanın girəcəyində qumbara tapmışdır.

Tbilisi Baş Polis İdarəsinin məlumatına görə, qumbara üçüncü mərtəbənin pilləkən meydançasında idi, onun mili çəkilmiş, özü isə sürahiyə bərkidilmişdi.

Qumbaranı gecə yarısı qonşu qadın görmüş və dərhal polisə məlumat vermişdir.

Faktla əlaqədar cinayət işi qaldırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.