İDMAN


ESPN nəşri 21 yaşadək ən yaxşı 10 futbolçudan ibarət siyahı hazırlayıb

Bakı, 29 aprel, AZƏRTAC

ESPN nəşri 21 yaşadək ən yaxşı 10 futbolçudan ibarət siyahı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıya “Borussiya” klubunun futbolçusu Erlinq Haaland başçılıq edir. İkinci yerdə Dortmund təmsilçisinin digər oyunçusu Ceydon Sanço, üçüncü pillədə isə “Mançester Siti”nin gənc yarımmüdafiəçisi Fil Foden qərarlaşıb.

Siyahıda Ansu Fati (“Barselona”), Matteys de Liqti (“Yuventus”), Cud Bellinqem (“Borussiya”), Pedri (“Barselona”), Juan Feliks (“Atletiko Madrid”), Vinisius Junior (“Real Madrid”) və Bukayo Saka (“Arsenal”) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.