Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ESTONİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ARNOLD RÜYTELƏ

Hörmətli cənab Prezident, 

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Estoniya xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Estoniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

16 fevral 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin