İQTİSADİYYAT


“ETNOMİR” parkında Azərbaycan pavilyonu açılacaq

Moskva, 28 yanvar, AZƏRTAC

Rusiya Federasiyasının Kaluqa vilayətindəki “ETNOMİR” mədəniyyət və tədris mərkəzində Azərbaycan pavilyonunun təntənəli açılış mərasimi keçiriləcək.

AZƏRTAC Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinə istinadla xəbər verir ki, iki ölkə arasında ticari-iqtisadi və humanitar əlaqələr uğurla inkişaf edir, qarşılıqlı faydalı xarakter daşıyır, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın inkişafının əsas istiqamətlərindən biri Rusiyanın regionları ilə qarşılıqlı əlaqələrin qurulmasıdır. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə iqtisadi əlaqələri var.

Yanvarın 28-də “ETNOMİR” mədəniyyət və tədris mərkəzində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin işgüzar klubunun “Azərbaycanın Rusiya Federasiyasının bölgələri ilə iqtisadi əməkdaşlığı” mövzusunda forum-iclası və Azərbaycan pavilyonunun təntənəli açılışı keçiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.