CƏMİYYƏT


ETSN: Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyət fasiləsiz nəzarətdə saxlanılır

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu barədə AZƏRTAC-a açıqlamasında ETSN-in əməkdaşlarının hadisə yerində olduqlarını və ərazini daim nəzarətdə saxladıqlarını bildirib. İ.İbrahimova vurğulayıb ki, sürüşmə zonasında yaranan vəziyyətlə əlaqədar nazirlik tərəfindən hər səkkiz saatdan bir məlumat veriləcək, əhali və təşkilatlara xəbərdarlıq ediləcək.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar. Sürüşmənin dinamikasında aktivlik davam etdiyindən hər saatdan bir ərazidə müşahidələr aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.