Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

E.X.İSGƏNDƏROVA “AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI” ADI VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Dövlət sərhədinin mühafizəsi üzrə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmanlıq nümayiş etdirərək komandirlərinin və əsgər yoldaşlarının həyatını öz həyatı bahasına xilas etdiyinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının əsgəri Eltun Xaləddin oğlu İsgəndərova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin