Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

E.Y.MƏDƏTLİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PAKİSTAN İSLAM RESPUBLİKASINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Eynulla Yadulla oğlu Mədətli Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin