İDMAN
“EYOF 2019”: 66 və 52 kiloqram çəki dərəcələrində cüdoçuların yarışlarında qaliblər müəyyənləşib
Bakı, 25 iyul, Leyla Qurbanova, AZƏRTAC
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlarda 52 və oğlanların mübarizəsində 66 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qızların yarışında final qarşılaşmasında hollandiyalı Elin Henninger ispaniyalı Ariane Toro Soleri məğlub edərək yarışın qalibi olub. Bürünc medallara rumıniyalı Aleksandra Paska və italiyalı Veronika Toniolo layiq görülüblər.
Oğlanların yarışında təmsilçimiz Mətin Rzazadə üçüncü yer uğrunda görüşdə macarıstanlı Daniel Szegediyə ipponla uduzub. Digər bürünc medal uğrunda görüşdə polşalı Mixal Kovalçuk yunanıstanlı Mixail Tsoutlasvilini məğlub edib. Yarışın qalibi isə finalda ukraynalı Serhi Nebotovu məğlub edən rusiyalı Sayxan Şabixanov olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]