İDMAN


“EYOF 2019”: Atletika yarışlarında birinci qızıl medalı italiyalı idmançı qazanıb

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının axşam sessiyasında idman yerişi üzrə mükafatçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu yarışın finalında italiyalı Qabriel Qamba 45 dəqiqə 15 saniyə nəticə ilə qızıl medala sahib olub. Gümüş medalı İspaniya təmsilçisi Paul Makqrat (45 dəqiqə 51 saniyə), bürünc medalı isə türkiyəli Mustafa Tekdal (46 dəqiqə 6 saniyə) qazanıblar.

“EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.