İDMAN


“EYOF 2019”: Atletika yarışlarının üçüncü günündə ilk qızıl medala rusiyalı atlet sahib olub

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının üçüncü günündə ilk medalın sahibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, qızlar arasında 400 metr məsafəyə qaçış yarışında qızıl medalı 53,57 saniyə nəticə göstərən rusiyalı Olesya Soldatova qazanıb. Belçikalı atlet Liefde Sxomaker (53,85 saniyə) gümüş medala sahib olub. İlk üçlüyü norveçli Lakeri Ertsqaard 54,56 saniyə nəticə ilə tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.