İDMAN


“EYOF 2019”: Fransalı oğlan və qız basketbolçular ikinci görüşdə qələbə qazanıblar

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününün üçüncü turunda Fransanın oğlan və qız basketbolçuları qələbə qazanıblar.

AZƏRTAC xəbər verir ki, oğlanların yarışında Fransa seçməsi Azərbaycan yığmasına qalib gəlib – 53:45.

Qızların yarışında isə fransalılar Belçika millisini 67:55 hesabı ilə məğlubiyyətə uğradıblar.

Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.