İDMAN


“EYOF 2019”: Fransanın oğlan həndbolçuları B qrupunda birinci yeri tutublar

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışlarının üçüncü günündə oğlanların mübarizəsində B qrupunda paralel keçən qarşılaşmalarda İslandiya və Xorvatiya, digər oyunda isə Fransa və Sloveniya komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, B qrupunda Xorvatiya yığması İslandiya millisindən üstün olub – 24:21. Digər oyunda Fransa həndbolçuları Sloveniya təmsilçilərini 30:29 hesabı ilə məğlubiyyətə uğradıblar.

Oğlanların yarışının B qrupunda üç oyundan 4 xal toplayan Fransa seçməsi birinci olub. Xorvatiya və İslandiyanın 3, Sloveniyanın isə 2 xalı var.

Xatırladaq ki, qızların yarışında B qrupunda Azərbaycanın həndbolçu qızları çexiyalı rəqiblərinə 17:33 hesabı ilə məğlub olublar. Macarıstan millisi isə İsveçrə yığmasını 28:20 hesabı ilə məğlubiyyətə uğradaraq ardıcıl üçüncü qələbəsini qazanıb.

Beləliklə, aktivində 6 xal olan Macarıstan seçməsi B qrupunu birinci sırada başa vurub. İsveçrə 4 xalla ikinci, Çexiya isə 2 xalla üçüncüdür. Hər üç oyunda məğlub olan həndbolçu qızlarımız qrupda sonuncu pillədə qərarlaşıblar.

Bakı İdman Sarayında və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.