İDMAN


“EYOF 2019”: Qadın həndbolçuların mübarizəsi başlayıb VİDEO

Bakı, 22 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, həndbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Yarışların ilk görüşlərində qadınların mübarizəsində B qrupunda yer alan komandalar - Azərbaycan və İsveçrə seçmələri Bakı İdman Sarayında, “ABU Arena”da paralel keçən qarşılaşmada isə Macarıstan və Çexiya həndbolçuları qarşılaşırlar.

Qeyd edək ki, həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yer alıblar.

Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.