İDMAN


“EYOF 2019”: Rumıniyalı həndbolçular qələbə qazanaraq A qrupunda liderliyə yüksəliblər

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında həndbol üzrə qızların yarışlarının ikinci günündə A qrupunda yer alan Fransa seçməsi İspaniyanı 23:13 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, paralel keçən digər oyunda rumıniyalı həndbolçular hollandiyalı rəqiblərinə qalib gəliblər – 32:25.

Xatırladaq ki, günün digər qarşılaşmalarında B qrupunda yer alan komandamız Macarıstan yığmasına 23:47 hesabı ilə uduzub. Bu qrupun digər oyununda İsveçrə seçməsi Çexiya yığmasını 40:24 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, iki turdan sonra qızların yarışında A qrupuna 3 xal (1 qələbə və 1 heç-heçə) toplayan Rumıniya həndbolçuları başçılıq edirlər. Hər birinin 2 xalı olan Hollandiya ikinci, Fransa isə üçüncüdür. İspaniya 1 xalla qrupda sonuncu pillədə qərarlaşıblar.

B qrupunda isə İsveçrənin və Macarıstanın 4 xalı var. Çexiya və Azərbaycan yığmaları isə xal qazanmayıblar.

Bakı İdman Sarayında və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.