İDMAN


“EYOF: 2019”: Türkiyənin kişi basketbolçuları ikinci oyunda qalib gəliblər

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününə oğlanların mübarizəsində B qrupunda yer alan Türkiyə və Litva seçmələrinin oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə komandası oyunda 69:63 hesabı ilə qalib gəlib.

Paralel keçən digər görüşdə qızların yarışının B qrupunda Türkiyə və Polşa basketbolçuları üz-üzə gəliblər. Türkiyəli oğlanlardan fərqli olaraq qızlar polşalı rəqiblərinə 54:69 hesabı ilə uduzublar.

Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.