İDMAN


“EYOF Bakı 2019”: Basketbol yarışlarında qrup mərhələsinin görüşləri başa çatıb

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında həm oğlanların, həm də qızların mübarizəsində qrup mərhələsinin görüşlərinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin sonuncu görüşündə hər iki yarışda A qrupunda yer alan komandalar üz-üzə gəliblər. Oğlanların yarışında Azərbaycan millisi Xorvatiya seçməsini 58:54 hesabı ilə məğlub edib. Qızların mübarizəsində isə Belçika seçməsi İtaliyaya qalib gəlib - 76:63.

Gün ərzində oğlanların yarışında A qrupunun digər oyununda Serbiya yığması Fransa seçməsini böyük fərqlə - 90:45 hesabı ilə məğlubiyyətə uğradıb. B qrupunda isə Yunanıstan seçməsi Türkiyəni (67:62), İspaniya isə Litvanı (94:84) məğlub edib.

Qızların yarışında isə gün ərzində A qrupunda Rusiya millisi Fransa üzərində qələbə qazanıb – 69:51. B qrupunda isə Macarıstan-Türkiyə (62:39) və Çexiya-Polşa (80:51) görüşləri oynanılıb.

Beləliklə, oğlanların yarışında hər üç görüşdə qələbə qazanan serbiyalı basketbolçular A qrupunu birinci sırada başa vurublar. Fransa yığması 5 xalla ikincidir. Azərbaycan millisi 4 xalla ikinci, Xorvatiya yığması isə 3 xalla qrupda sonuncu olub.

Oğlanların B qrupunda İspaniya 6 xalla qrupu birinci başa vurub. Müvafiq olaraq, sonrakı pillələrdə qərarlaşan Türkiyə, Litva və Yunanıstan yığmalarının hər birinin 4 xalı var.

Qızların mübarizəsində A qrupunda Rusiya yığması 6 xalla birinci yeri tutub. Fransanın 5, Belçikanın 4, İtaliyanın isə 3 xalı var. B qrupunda isə Çexiya yığması hər üç görüşdə qalib gələrək 6 xal toplayıb. Macarıstan 5 xalla ikinci, Polşa 4 xalla üçüncü, Türkiyə isə 3 xalla sonuncudur.

Basketbol yarışlarında pley-off mərhələsinin görüşləri iyulun 26-da oynanılacaq. Yarışlara festivalın sonuncu günündə - iyulun 27-də yekun vurulacaq.

Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.