İDMAN


“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev (65 kq) finalda rusiyalı Batırbek Tsxovrebov ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüşdə 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm geri dönüş edən Cəbrayıl Hacıyev 6:5 hesabı ilə qalib gələrək festivalda ölkəmizə səkkizinci qızıl medalı qazandırıb.

Xatırladaq ki, idmançımız finala gedən yolda gürcüstanlı David Patsinaşvilini (13:3), türkiyəli Hamza Duhan Dumanı (10:0), yarımfinalda isə isveçrəli Umar Mavlayevi (10:0) məğlub edib.

Bu çəki dərəcəsində bürünc medalları gürcüstanlı David Patsinaşvili və ukraynalı İvan Semyonov aktivlərinə yazdırıblar.

Fəxri kürsüdə yer alan idmançıların mükafatlandırılması mərasimində qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.

Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.