İDMAN


“EYOF Bakı 2019”: Gürcüstan cüdoçusu komandasına daha bir qızıl medal qazandırıb

Bakı, 24 iyul, AZƏRTAC

Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında 48 kiloqram çəki dərəcəsində qızların mübarizəsində qızıl medala Gürcüstan təmsilçisi sahib olub.

AZƏRTAC xəbər verir ki, Gürcüstan idmançısı Ana Viktoriya Pulyiz portuqaliyalı Rakel Britoya ipponla qalib gələrək yarışın qalibi olub.

Bu çəki dərəcəsində bürünc medal uğrunda mübarizə aparan cüdoçumuz Səbinə Əliyeva (48 kq) belçikalı Selin Dieriksə ipponla məğlub olduğu üçün üçüncü yeri əldən verib. Digər bürünc medala almaniyalı Yule Ziqlerə qalib gələn italiyalı Çarlotta Avanzato layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.