İDMAN


“EYOF Bakı 2019”: Tennis yarışlarının üçüncü gününün oyunları başa çatıb

Bakı, 23 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

İyulun 23-də Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının üçüncü gününün oyunları başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışda oğlanlar və qızlar tək və qoşa kateqoriyalarda mübarizə aparıblar. Oğlanların və qızların fərdi mübarizəsində 1/32, cütlüklərin yarışında isə 1/16 final qarşılaşmaları keçirilib.

Qoşa kateqoriyada oğlanların yarışında Türkiyə təmsilçiləri Erden Er/Toğan Turkaç, çexiyalı Matthev Villiam Donald/ Hynek Barton, rumıniyalı Andrei Voican/Alin Fatu, almaniyalı Oliver Olsson/Daniel Milardovic, avstriyalı Jan Kobierski/Matthias Ujvary, polşalı Filip Pieczonka/Olaf Pieczkovski qələbə qazanaraq səkkizdəbir final mərhələsinə çıxıblar.

Qoşa kateqoriyada qızların qarşılaşmasında Karolina Qomez/Raquel Qonzales (İspaniya), Pedro rodenas/Daniel Merida (İspaniya), Noah Merre/Alessio Basile (Belçika), Katerina Dimitrova/Stela Peeva (Bolqarıstan), Maria Şolokova/Katerina Maklakov (Rusiya), Hanne Vandevinkel/Juliette Bovy (Belçika), Anko Todoni/Alexandra-Maria Petric (Rumıniya), Oceane Babel/Maelle Leclercq (Fransa), Evialina Laskeviç/Mariya Stsetseviç (Belarus), Dominika Salkova/Linda Klimovicova (Çexiya) isə qoşa kateqoriyada qızların qarşılaşmasından qalib ayrılaraq səkkizdəbir final mərhələsinə adlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.