İDMAN


“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb

Bakı, 22 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

İyulun 22-də Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə oğlanlar və qızlar tək və qoşa kateqoriyalarda mübarizə aparıblar. Oğlanların və qızların fərdi yarışlarında 1/32, qoşa yarışlarda isə 1/16 final görüşləri oynanılıb.

Azərbaycan tennisçisi Kənan Qasımov fərdi yarışlarda belçikalı Alessio Basileyə uduzub - 0:2 (4:6, 5:7). Alina Hüseynova da Belçika təmsilçisi ilə üz-üzə gəlib. O, Jülyet Bovi ilə görüşdən məğlub ayrılıb - 0:2 (6:0,6:1).

Cütlüklərin yarışında Polina Drobiçeva/Alina Hüseynova dueti İspaniya təmsilçisi Karolina Qomes/Rakel Qonzales cütlüyünə 0:2 (2:6, 0:6) hesabı ilə uduzub.

Oğlan cütlüklərin yarışında 1/16 finalda idmançılarımız Kənan Qasımov/Tamerlan Əzizov cütlüyü portuqaliyalı Daniel İvanov/ Tyaqo Pereyra ilə görüşdən məğlub ayrılıb - 0:2 (1:6, 0:6).

Festivalın tennis yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.