İDMAN


“EYOF Bakı 2019”: Xorvatiyanın və Sloveniyanın kişi həndbolçularının görüşündə qalib müəyyənləşməyib

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında kişi həndbolçuların yarışında B qrupu çərçivəsində İslandiya-Fransa və Xorvatiya-Sloveniya görüşləri oynanılıb.

AZƏRTAC xəbər verir ki, “ABU Arena”da keçirilən qarşılaşmada İslandiya həndbolçuları fransalı rəqiblərinə 37:31 hesabı ilə qalib gəliblər. Bakı İdman Sarayında keçirilən Xorvatiya-Sloveniya oyununda qalib müəyyənləşməyib – 24:24.

Qeyd edək ki, həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yer alıblar.

Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.