İDMAN


EYOF Bakı-2019-da velosiped idmanı üzrə yarışlara yekun vurulub

Bakı, 25 iyul, AZƏRTAC

XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən velosiped idmanı üzrə yarışlar başa çatıb.

AZƏRTAC xəbər verir ki, iyulun 25-də 30-dan çox ölkədən olan 91 yeniyetmə 75 kilometrlik məsafəyə medallar uğrunda mübarizə aparıblar.

Yığmamızın heyətində qələbə üçün Nofəl Nuriyev, Nikita Sitov və Mustafa Muxtarlı yarışıblar.

Yürüşlərin qalibi Madis Mihkels (Estoniya) olub. İqor Dario Belletta (İtaliya) ikinci, Martin Sverçek (Slovakiya) isə üçüncü yeri tutublar.

Xatırladaq ki, bu gün səhər qızlar arasında qrup yürüşləri keçirilib. Yarışlarda 75 qız iştirak edib (50 km).

Yarışların yekununa görə Böyük Britaniya idmançısı Zoye Bakstedt qızıl (1:21.00), İtaliyadan olan veloidmançı Françeska Barale gümüş (1:22.04) və rusiyalı Alyona İvançenko bürünc medal (1:22.09) qazanıblar.

İyulun 23-də isə 10 kilometr məsafəyə fərdi yürüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.