İDMAN


“EYOF Bakı 2019”un voleybol yarışlarının ikinci günü maraqlı idman mübarizəsi şəraitində keçib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında voleybol yarışlarının ikinci gününə start verilib.

AZƏRTAC xəbər verir ki, festivalda həm qadın, həm də kişi voleybolçulardan ibarət komandalar iki qrupda mübarizə aparıblar.

Kişi voleybolçuların yarışında birinci görüşdə A qrupunda Rusiya yığması almaniyalı rəqiblərini hər üç setdə (25:13, 25:20, 25:15) asanlıqla məğlub edib. Azərbaycan və Belarus komandalarının maraqlı idman mübarizəsi şəraitində keçən matçında millilərimiz 0:3 (9:25, 19:25, 16:25) hesabı ilə uduzublar.

B qrupunda mübarizə aparan İtaliya və Çexiya komandaları arasındakı matç 3:0 (25:18, 25:11, 25:20) hesabı ilə italyanların xeyrinə başa çatıb. Belçika əzmkarlıq nümayiş etdirərək Bolqarıstana 3:2 (25:22, 23:25, 19:25, 25:22, 15:12) hesabı ilə qalib gəlib.

Bu görüşlərdən sonra A qrupunda iki oyunda altı xal toplayan Rusiya növbəti mərhələyə vəsiqə qazanıb.

Qadınların mübarizəsində A qrupunda yer alan Rusiya voleybolçuları Bolqarıstana 3:0 (25:19, 25:19, 25:23) hesabı ilə qalib gəliblər. Rumıniya seçməsi isə Ukrayna ilə görüşdən qalibiyyətlə ayrılıb - 3:0 (25:17, 25:18, 25:14).

B qrupunda Türkiyə idmançıları 3:0 (25:21, 25:22, 25:23) hesabı ilə İtaliya komandasını məğlubiyyətə uğradıb. Belarusla matçda Almaniya təmsilçiləri daha yaxşı oynayaraq 3:1 (16:25, 25:17, 25:18, 25:13) hesablı əzmkar qələbə qazanıblar.

Bu qarşılaşmalardan sonra A qrupunda hər biri altı xal toplayan Rusiya və Rumıniya komandaları yarımfinala yüksəlib.

“EYOF 2019”da kişi voleybolçuların yarışı Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində, qadın komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.