ELM VƏ TƏHSİL


E-dövlətin idarə olunması modelləri araşdırılır

Bakı, 23 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “E-dövlətin idarə olunması modellərinin analizi” mövzusunda magistrlik dissertasiya işinin müzakirəsinə həsr olunmuş onlayn elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məruzəni təqdim edən institutun magistrantı Fərid Alışanov elektron dövlətin İKT-dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata keçirmək üçün nəzərdə tutulmuş üsul olduğunu diqqətə çatdırıb. O, inkişaf etməkdə olan ölkələrdə elektron idarəetmə modellərindən söz açaraq kritik axın, müqayisəli analiz, yayım, interaktiv xidmət, səfərbərlik və lobbi modelləri barədə məlumat verib.

Azərbaycanda e-dövlət quruculuğundan söz açan magistrant qeyd edib ki, ölkəmizdə elektron hökumət X-Road modeli üzərində qurulub. Bununla, dövlət qurumları arasında təhlükəsiz məlumat mübadiləsini təmin edən hökumət bazası yaradılıb, məlumat mərkəzinin yaradılması isə planlaşdırılır. Hazırda 91 hökumət və kommersiya təşkilatının elektron xidmətləri X-Road Azərbaycan sisteminə qoşulub, fiziki və hüquqi şəxslərə e-İmza və “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərli olan 1000-dən artıq xidmət təqdim etməkdədir.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.