İQTİSADİYYAT


E-satınalma ilə bağlı sahibkarlar üçün təlimlər keçiriləcək

Bakı, 19 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlərə başlanılır.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, mütəmadi keçiriləcək təlimlərin təşkilində məqsəd e-satınalma ilə bağlı prosedurlar, “www.etender.gov.az” vahid internet portalı və ondan istifadə barədə sahibkarların məlumatlandırılması, eləcə də portaldan istifadə zamanı yarana biləcək təşkilati-texniki məsələlərin səmərəli həll edilməsidir.

İlk təlimlər iyulun 22-24-26-da KOBİA-nın inzibati binasında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.