CƏMİYYƏT


“E-sosial” portalının 800 min aktiv istifadəçisi var

Bakı, 16 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik “e-sosial” internet portalından aktiv şəkildə istifadə edənlərin sayı bu il də ciddi şəkildə artaraq 800 minə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, portaldan istifadə sayı isə 41,1 milyon olub.

Ölkənin sosial reyestri olan portal vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində onlayn rejimdə faydalanmaq imkanı yaradır. Portalın “Android” və “IOS” əməliyyat sistemləri üçün tətbiqləri də fəaliyyət göstərir.

Xatırladaq ki, beynəlxalq internet saytları üzrə istifadə statistikalarını paylaşan alexa.com saytının (ABŞ, San-Fransisko) bu ilin aprelində açıqladığı “Azərbaycanın top saytları” siyahısında e-sosial.az portalı ölkəmizdə ən çox müraciət olunan saytların ilk beşliyində (google.com, youtube.com, google.az, wikipedia.org saytları ilə birgə) qərar tutmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.