MƏDƏNİYYƏT


“East or West” musiqi qrupu “YARAT”da konsert proqramı ilə çıxış edib

Bakı, 12 yanvar, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində “East or West” musiqi qrupu konsert proqramı ilə çıxışı edib.

AZƏRTAC xəbər verir ki, “East or West” musiqi qrupu 2011-ci ildən fəaliyyət göstərir. Qrupun məqsədi milli alətlərimizi (tar, kamança, qarmon) Qərb musiqi standartlarında ifa etməklə gənclərimizin milli alətlərə marağını artırmaq, eyni zamanda, onları ölkə xaricində təbliğ etməkdir.

Qeyd edək ki, kollektiv fəaliyyəti dövründə bir sıra mühüm konsert və festivallarda iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.