MƏDƏNİYYƏT
Ed Şiran İngiltərədə son on ilin ən yaxşı ifaçısı adını qazanıb
Bakı, 11 dekabr, AZƏRTAC
Britaniyalı ifaçı Ed Şiran İngiltərədə son on ilin ən yaxşı ifaçısı adını qazanıb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Official Charts Company” şirkəti məlumat verib.
E.Şiran ən uğurlu müğənni kimi “Official Chart Record Breaker Award” müsabiqəsinin qalibi seçilib. Belə ki, müğənninin mahnıları ölkənin öndə gedən musiqi saytlarında son 79 həftədə ən çox dinlənilən ifalar sırasında yer alıb.
Məlumatda həmçinin bildirilir ki, müğənninin “Shape Of You” mahnısı İngiltərədə son on ilin ən yaxşı mahnısı seçilib.
E.Şiran “The Official Charts Company” şirkətinə verdiyi müsahibəsində ona bu on ildə dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Ed Şiranın debütü olan “Plus” (2011) albomu 10 milyon, “Multiply” (2014) albomu 16 milyon, 2017-ci ildə işıq üzü görən “Divide” adlı üçüncü albomu isə 15.5 milyon tirajla satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]