MƏDƏNİYYƏT


“Edam günü” bədii filmi Barselona festivalında uğur qazanıb

Bakı, 25 iyun, AZƏRTAC

Cəlaləddin Qasımovun “Edam günü” bədii filmi Barselona Beynəlxalq Film Festivalında “Ən yaxşı” nominasiyasının qalibi olub.

Bu barədə AZƏRTAC-a məlumat verən filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov deyib: “Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. Əslində film 2016-cı ildə çəkilib. Mən 2018-ci ildə filmin bəzi yerlərini yenidən işlədim, hətta yeni fraqmentlər əlavə elədim və onu festivala təqdim etdim”.

“Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada baş verir. Müəllif həbsxana mövzusuna iki əks qütbün ziddiyyəti kontekstindən yanaşaraq, orijinal münasibət nümayiş etdirib.

Ekran əsərində baş rollarda Xalq Artisti Sabir Əliyev, Əməkdar Artist Rövşən Kərimduxt, Məmməd Əliyev, aktyorlar Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər.

Filmin rejissoru Elşən Heydərov, quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production”da istehsal edilmiş ekran əsərinin xronometrajı 95 dəqiqədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.