İDMAN


Eden Hazardın vurduğu qol aprel ayının ən yaxşı qolu seçilib

Bakı, 8 may, AZƏRTAC

İngiltərənin “Çelsi” futbol klubunun yarımmüdafiəçisi Eden Hazardın “Vest Ham” komandasına vurduğu qol Premyer Liqada aprel ayının ən yaxşı qolu seçilib.

AZƏRTAC çempionatın saytına istinadla xəbər verir ki, 28 yaşlı belçikalı yarımmüdafiəçi görüşün 24-cü dəqiqəsində 3 futbolçunu keçərək qol vurub. Hazard matçın 90-cı dəqiqəsində bir daha fərqlənərək komandasının 2:0 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, belçikalı yarımmüdafiəçi cari mövsümdə London klubunun heyətində keçirdiyi 49 oyunda 19 qol vurub və 15 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.