İDMAN


Edin Ceko zədələndiyindən Bosniya və Herseqovina millisinə kömək edə bilməyəcək

Sarayevo, 12 oktyabr, AZƏRTAC

Futbol üzrə Bosniya və Herseqovina yığması Finlandiya və Yunanıstan yığmaları ilə keçirəcəyi “Avro-2020”nin seçmə mərhələsinin növbəti görüşlərindən əvvəl üçüncü məşqinə çıxıb.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko sağ almacıq sümüyünün sınması ilə əlaqədar əməliyyat olunduğundan komandanın sıralarına əlavə oyunçular dəvət edilib. İzet Hayroviç də milli komandaya qatılan oyunçular arasındadır.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi Finlandiyaya qarşı oyununu bu gün Zeniça şəhərində keçirəcək, üç gündən sonra isə Yunanıstana yollanacaq.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.