DÜNYA


Edinburq Britaniya şəhərləri arasında ilk dəfə turist vergisi tətbiq edəcək

Bakı, 8 fevral, AZƏRTAC

Şotlandiyanın paytaxtı Edinburq Böyük Britaniya şəhərləri arasında ilk dəfə 2 funt-sterlinq məbləğində turist vergisi tətbiq edəcək.

AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, müvafiq qərar bu yolla hər il xəzinəni 14,6 milyon funt sterlinqlik əlavə gəlirlə doldurmağa ümid edən şəhər şurası tərəfindən qəbul olunub. Vergi qonaqların gecələdiyi otel nömrələrindən ilk yeddi gün ərzində gündəlik tutulacaq. Kempinqlər – avtoturistlər üçün nəzərdə tutulan düşərgələr istisna təşkil edəcək.

Ümumşəhər məsləhətləşmələrində iştirak edən Edinburq əhalisinin 91 faizi turizm vergisinin tətbiqini dəstəkləsə də, Böyük Britaniyanın şimal regionunda bu sahə ilə məşğul olan təşkilatlar və otel sahiblərinin yarıdan çoxu verginin əleyhinə çıxıb.

Turizmin müxtəlif sahələrinin maraqlarından çıxış edən “UK Hospitality” təşkilatının fikrincə, yenilik turizm sektoruna mənfi təsir göstərəcək və rəqabət baxımından Şotlandiyanın qlobal reputasiyasına zərər vuracaq.

Xatırladaq ki, turist vergisi hazırda Paris və Barselona şəhərlərində tətbiq olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.