İDMAN


Edinson Kavani Lionel Messi və Robert Levandovskinin rekordunu qırıb

Bakı, 30 aprel, AZƏRTAC

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda 2 qol və 2 məhsuldar ötürmə edən “Mançester Yunayted”in futbolçusu Edinson Kavani Lionel Messi və Robert Levandovskinin rekordunu qırıb.

AZƏRTAC xəbər verir ki, Kavani bu nailiyyətə 34 yaş 74 günündə imza atıb. Uruqvaylı futbolçu avrokubok matçlarında “2+2” edə bilən ən yaşlı oyunçu olub. Messi və Levandovski isə bu nəticəni 31 yaşında əldə ediblər.

Qeyd edək ki, “Mançester Yunayted” “Roma”nı yarımfinal mərhələsinin ilk oyununda 6:2 hesabla məğlub edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.