ELM VƏ TƏHSİL


“Edu Forum” proqramında vizual yaddaşdan danışılacaq

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-u saat 18:00-da Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının dəstəyi ilə “Edu Forum” təcrübə proqramının növbəti buraxılışı yayımlanacaq.

“T-Network”dan AZƏRTAC-a bildirilib ki, budəfəki mövzu vizual yaddaşa həsr olunub. Mövzu Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentində aparıcı hüquq məsləhətçisi kimi çalışan Fərahim Hüseynzadə və onun uğurlarında xüsusi rolu olan ibtidai sinif müəllimi Nailə Babayeva ilə müzakirə ediləcək. Qeyd edək ki, Fərahim Hüseynzadə Azərbaycan və Çin arasında hökumətlərarası saziş əsasında təqaüd proqramı ilə Çinin Renmin Universitetinin Biznes hüququ üzrə magistr pilləsini universitet birincisi olaraq tamamlayıb. O, 2021-ci il üzrə doktorantura imtahanlarında ölkə üzrə ən yüksək nəticəni göstərib və hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində doktorantura təhsili alır.

Fərahim Hüseynzadə “Mən azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu üzrə kuboklar sahibi, “Brain-Ring” və "Xəmsə” milli intellektual oyunları üzrə ölkə birincisidir.

Xatırladaq ki, “T-Network”un feysbuk səhifəsindən Cəfər Mənsiminin təqdimatında yayımlanan “Edu Forum” proqramının əsas məqsədi uğur qazanan gənclərin və onların nailiyyətində xüsusi rolu olan müəllimlərin təcrübəsini geniş auditoriyaya çatdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.