ELM VƏ TƏHSİL


“Education 2018”: Azərbaycan Texniki Universiteti biotibbi texnikanın son nailiyyətlərini təqdim edib

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) “Education 2018” - XII Azərbaycan beynəlxalq təhsil sərgisində biotibbi texnika və energetika sahələrinin son nailiyyətləri ilə təmsil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, AzTU-nun stendi sərgiyə gələn digər qonaqların, xüsusilə məktəblilərin də böyük marağına səbəb olub. Stenddə universitetin professor-müəllim heyətinin mühəndislik, informasiya texnologiyalarına aid elmi əsərləri, dərs vəsaitləri nümayiş edilib. Bundan əlavə, sərgi iştirakçıları AzTU-nun stendində universitet haqqında videoçarx, Azərbaycan, ingilis və rus dilində prospektlər, bukletlər və jurnallar vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.