ELM VƏ TƏHSİL


“Education 2018” mədəniyyətin müxtəlif sahələri üzrə imkanları nümayiş etdirməyə şərait yaradır

Bakı, 13 oktyabr, AZƏRTAC 

Bakıda keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi (Education 2018) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) bu ali təhsil müəssisəsinin tədris üzrə müvafiq imkanlarını nümayiş etdirməyə şərait yaradır.

Bunu AZƏRTAC-a müsahibəsində XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova deyib.

ADMİU-nun sərgidə ikinci dəfədir təmsil olunduğunu diqqətə çatdıran rektor deyib: “Stendimizdə sərgi iştirakçılarına universitetimiz haqqında dolğun məlumat vermək üçün xüsusi bukletlər hazırlamışıq. Həmçinin bu ali təhsil ocağında tədris olunan ixtisasların bəzilərini stendimizdə əyani şəkildə nümayiş etdiririk. Ümumiyyətlə, universitetimizdə tədris olunan xalça toxuculuğu və klassik gitara, aşıq musiqiləri üzrə nümunələr təqdim edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.