Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Edvard Karvardin: UNICEF-in Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində mühüm nailiyyətlər əldə olunub

Edvard Karvardin: UNICEF-in Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində mühüm nailiyyətlər əldə olunub

Bakı, 9 avqust, Xatirə Cəfərova, AZƏRTAC

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı sahələrində mühüm nailiyyətlər əldə olunub. Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayan UNICEF-in ölkə üzrə ilk proqramlarında əsas diqqət peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəldilib. Hökumət və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək UNICEF Azərbaycanda əhəmiyyətli inkişafa öz töhfəsini verib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib. Ötən il Azərbaycanda fəaliyyətə başlayan E.Karvardin ölkəmizdə görülən işlər, həyata keçirilən fəaliyyət proqramları və perspektiv planlar barədə məlumat verib.

İbtidai məktəbə gedən uşaqların davamiyyət səviyyəsi 100 faizə çatdırılıb

Müsahibimiz bildirib ki, ibtidai məktəbə gedən uşaqların davamiyyət səviyyəsi 100 faizə çatdırılıb. Bu istiqamətdə UNICEF-in əsas tərəfdaşlarından olan Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsilin təkmilləşdirilməsi ilə bağlı xüsusi proqram həyata keçirilir. Proqram çərçivəsində 5 yaşında olan uşaqlar ibtidai sinfə getməzdən əvvəl məktəbəqədər təhsil sisteminə qoşulurlar. Artıq ölkədə 5 yaşınadək olan uşaqların yarısı bu proqramdan faydalanır, məktəbəhazırlıq kurslarında iştirak edirlər və davamiyyət 50 faizə çatıb. Bu məqsədlə müəllimlər üçün xüsusi təlimlər keçirilib. Eyni zamanda, xüsusi kurikulum tədris proqramının hazırlanmasına diqqət yetirilib. Növbəti beş il ərzində 5 yaşlı uşaqların ölkə üzrə 90 faizinin bu proqramla əhatə olunması nəzərdə tutulur.

E.Karvardin müəyyən təbəqələrdən olan, ilk növbədə, əlilliyi olan uşaqların geniş tətbiq edilən təhsil proqramlarından faydalana bilmədiklərini diqqətə çatdırıb. Bu uşaqların böyük bir qisminin orta təhsil imkanlarından məhrum olduğunu qeyd edən UNICEF-in nümayəndəsi bildirib ki, ötən il əlilliyi olan uşaqların təhsili ilə bağlı dörd orta məktəbi əhatə edən sınaq layihəsi həyata keçirilib və xüsusi tədris planı tətbiq edilib. Layihənin nəticələrinə əsasən, istər əqli, istər fiziki qüsurlu uşaqlar da təhsil sistemindən faydalana bilərlər.

Ana və uşaq sağlamlığı və qidalanması sistemi tətbiq olunur

E.Karvardin səhiyyə sektoru üzrə həyata keçirilən tədbirlər çərçivəsində ilk olaraq polimit yoluxucu xəstəliyi ilə bağlı mövcud vəziyyəti qeyd edib: “Artıq Azərbaycan 15 il əvvəl polimitdən azad ölkə statusu qazanıb. Bu xəstəliyin kökünün kəsilməsi üçün ölkədə böyük sərmayələr qoyuldu. Dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən bu məsələyə xüsusi diqqət yetirildi, peyvəndləşmə proqramı həyata keçirildi. Nəticədə Azərbaycanda bu xəstəliyin kökü kəsildi”.

UNICEF-in nümayəndəsi diqqətə çatdırıb ki, Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı və qidalanması sistemi tətbiq olunur. Uşaqların sağlamlığı və qidalanması ilə əlaqədar nəzərəçarpan irəliləyişin olmasına baxmayaraq, aparılmış tədqiqat nəticəsində qadınlar və uşaqlar arasında anemiyanın (qanazlığı) olması narahatlıq doğurur. Asanlıqla müalicə edilməsinə baxmayaraq, uşaqların sağlamlığı ilə əlaqədar ən ciddi təhlükələrdən və ana ölümünə səbəb olan amillərdən biri anemiyadır.

“Bu ilin birinci yarısında inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda öz körpələrini ana südü ilə qidalandıran anaların sayı nisbətən aşağıdır. Ana südü ilə qidalanma göstəricilərinin aşağı səviyyədə olması uşaqlarda dəmir çatışmazlığı ilə əlaqədar qidalanma probleminin olduğunu göstərir. Ana südünün tərkibində dəmir mövcuddur. Gənc anaların və tibbi personalın əksəriyyətinin anemiyanın qarşısının alınmasında ana südü ilə qidalandırmanın əhəmiyyətindən xəbərdar olmadığı görünür. Bu məqsədlə bu il 150 tibb işçisinin iştirakı ilə təlimlər təşkil olunacaq. Eyni zamanda, ana olacaq qadınların qidasının tərkibinə dəmir komponenti daxil edilməlidir. Qadının hamiləliyi dövründə onun sağlamlığı üçün ən böyük təhlükə anemiya xəstəliyidir. Bu problemin aradan qaldırılması üçün ananın pəhrizlə qidalanmasına xüsusi diqqət yetirilməlidir və qidanın tərkibində dəmirin nisbəti artırılmalıdır. Bunun ən sadə yollarından biri buğda unundan istifadənin genişləndirilməsidir. Azərbaycan hökuməti və Milli Məclisdə aparılan müzakirələrin məntiqi nəticəsi olaraq yaxın gələcəkdə buğda ununun tərkibində dəmir komponentinin artırılması məsələsinə diqqət yetiriləcək”, - deyə E.Karvardin bildirib.

Xüsusi probasiya xidməti yaradılır

E.Karvardin Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində yeni mərhələnin əsasının qoyulduğunu bildirib.

“Hüquq-mühafizə orqanları ilə problemləri olan azyaşlıların maarifləndirilməsi əsas məsələlərdəndir. Hüquq-mühafizə orqanları ilə problemləri olan və çətin tərbiyə olunan uşaqların mövcudluğu inkaredilməzdir. Bu, hər bir cəmiyyətə məxsus olan məsələdir. Təəssüflər olsun ki, mükəmməl uşaq, kamil yeniyetmə çox azdır. Hər bir uşağın davranışı ilə bağlı müəyyən problemlər və çətinliklər var. Qanunvericilik qarşısında müəyyən günahları olmuş yeniyetmələr ilə bağlı iki istiqamətdə iş görmək olar. Bir tərəfdən onları cəmiyyətdən təcrid edib cəzalandırmaq, digər tərəfdən maarifləndirmə işləri aparıb onları gələcəkdə belə əməllərdən çəkindirmək olar. Təcrübəyə əsasən demək olar ki, təcrid olunmuş uşaqlar cəzaçəkmə yerlərindən qayıtdıqdan sonra onların əksəriyyəti daha da pis davranışla səciyyələndirilir. Belə bir yanaşma istər Azərbaycan üçün, istərsə də beynəlxalq miqyasda qəbulolunmazdır. Uşaqların təcridxanalardan kənarda reabilitasiya olunaraq cəmiyyətə yenidən qaytarılması daha çox fayda verə bilər”, - deyə UNICEF-in nümayəndəsi qeyd edib.

Müsahibimiz bildirib ki, bu istiqamətdə həyata keçirilən uğurlu addımlardan biri kimi hüquqi yardım xidmətləri yaradılıb. Həyata keçirilən pilot layihə 5 rayonu -Qəbələ, Şəmkir, Mingəçevir, Şirvan və Ağcabədi rayonlarını əhatə edib. Layihənin icrası ilə bağlı həmin rayonlarda min uşaq bu hüquqi imkanlardan istifadə edib.

Bundan başqa, xüsusi probasiya xidmətinin yaradılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən müəyyən tədbirlər görülüb. Probasiya xidmətinə əsasən, yeniyetmələrin cəzalandırılaraq azadlıqdan məhrum edilməsi əvəzinə alternativ tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu xidmət çərçivəsində uşaqların cəzalandırılması, azadlıqdan məhrum edilməsi əvəzinə cəmiyyətdən təcrid olunmamasına, təhsilinin davam etdirilməsinə, reabilitasiyasına şərait yaradılacaq. Probasiya xidmətinin yaradılması bu istiqamətdə böyük nailiyyət ola bilər.

E.Karvardin gələn il UNICEF-in Azərbaycanda fəaliyyətinin 25 illiyinin tamam olduğunu bildirib: “Tarixi nöqteyi-nəzərdən 25 il çox qısa müddətdir. Lakin əldə olunmuş nailiyyətlərə, görülmüş işlərə görə bu illəri UNICEF-in fəaliyyətinin mühüm bir dövrü hesab etmək olar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır