Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi Qrupunun iclası olacaq
AzerTAg.az

Bakı, 25 dekabr, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi Qrupunun dekabrın 28-də 15:00-da “Webex” onlayn platforması vasitəsilə 2021-ci ilin yekunlarına dair iclasının keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, iclasda İşçi Qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosiasiya nümayəndələri iştirak edəcək. İclasda İşçi Qrupunun 2021-ci il üzrə fəaliyyət planının icrası, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində hesabat dövründə görülmüş işlər müzakirə ediləcək. İclasda, həmçinin təbii resursların idarəedilməsi indeksinin İşçi Qrupunun 2022-ci il üzrə fəaliyyət planına daxil edilməsi təklifi müzakirə olunacaq və bu istiqamətdə ölkənin mövqeyinin yaxşılaşdırılması üçün görülməli işlər ətrafında fikir mübadiləsi aparılacaq.
Xəbərin mətnində orfoqrafik səhv var