Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı sülh və tərəqqi arzulayıram.

 

Mulatu Teşome

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin