DÜNYA


Efiopiya hökuməti 3 milyon iş yeri açmağı planlaşdırır

Əddis-Əbəbə, 11 iyul, AZƏRTAC

Efiopiya hökuməti ölkədə ən azı 3 milyon iş yeri açmağı planlaşdırır.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Efiopiyanın Baş Naziri Əhməd Abiy parlamentdə 2019-2020-ci maliyyə ili üçün hazırlanmış büdcənin təqdimatı zamanı məlumat verib.

Baş Nazirin sözlərinə görə, gələn il üçün büdcədə nəzərdə tutulmuş vəsaitin çox hissəsi yolların və elektrostansiyaların təmirinə istifadə ediləcək. Bu da öz növbəsində iş yerlərinin artmasına gətirib çıxaracaq.

Ekspertlərin hesablamalarına görə, bu xərclər Efiopiyanın iqtisadi artımına müsbət təsir göstərəcək.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.