DÜNYA


Efiopiya və İndoneziya da “Boeing-737” təyyarələrinin uçuşlarını dayandırıb

Bakı, 11 mart, AZƏRTAC 

Çindən sonra Efiopiya və İndoneziya da sərəncamlarında olan “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarının dayandırılması barədə qərar qəbul ediblər.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, İndoneziya Hava Nəqliyyatının nümayəndəsi Polana Pramesti Cakartada jurnalistlərə açıqlamasında bu model təyyarələrin yoxlanılmasına başlanılacağını və uçuşlarının bir müddət dayandırılacağını deyib. Ölkədəki “Boeing-737 MAX 8” təyyarələrinin 10-u “Lion AIR”, 1-i isə “Qaruda” aviaşirkətinə məxsusdur.

Xatırladaq ki, ötən il oktyabrın 29-da “Lion Air” aviakompaniyasına məxsus olan və Cakartadan Sumatra adasına uçan “Boeing-737 MAX 8” təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra Yava adasının qərbində qəzaya uğramışdı. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.